FIFA-nın rəsmi platformasında inanılmaz qiymətlər: Bir bilet 30 min dollar
İngiltərə millisinin azarkeşləri 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Meksika ilə keçiriləcək oyunun biletlərini kütləvi şəkildə yenidən satışa çıxarmağa başlayıblar.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası biletlərin ötən ilin dekabrında İngiltərə Yığmasının Azarkeşlər Klubunun (ESTC) keçirdiyi lotereya vasitəsilə əldə olunduğunu təsdiqləyib.
FIFA-nın rəsmi təkrar satış platformasında nominal qiyməti 605 dollar olan biletlər 30 min dollara satışa çıxarılıb. Alıcı üçün 15 faizlik komissiya da nəzərə alındıqda yekun qiymət 34.5 min dollara çatır. Bu isə nominal qiymətdən təxminən 57 dəfə bahadır. Satıcılar da FIFA-ya 15 faiz komissiya ödəsələr də, hər bilet üzrə 25 min dollardan çox gəlir əldə edirlər.
Hətta ilkin qiyməti 295 dollar olan ən ucuz biletlər belə komissiya ilə birlikdə 3 448 dollara təklif olunur. Bu da onların ilkin qiymətindən təxminən 12 dəfə çoxdur.
Hazırda FIFA-nın rəsmi platformasında İngiltərə azarkeşləri üçün ayrılmış sektorda 76 bilet satışa çıxarılıb. İngiltərə Futbol Assosiasiyası isə biletlərin təkrar satışını məhdudlaşdıra bilmir. Çünki bu, FIFA-nın qaydalarına əsasən icazəlidir.
Qarşılaşma iyulun 6-da Meksikanın paytaxtı Mexikoda keçiriləcək və Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.
Oxşar xəbərlər
DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
Bəzi avtomobillərin güzəştli idxal qaydaları müəyyənləşdi
-
"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı













