Harri Keyn tənqidlərə münasibət bildirdi
Far.Az xəbər saytı

Harri Keyn tənqidlərə münasibət bildirdi


"Bayern"nin hücumçusu Harri Keyn azarkeşlərin və futbol ekspertlərinin tənqidlərinə münasibətini açıqlayıb.

Far.Az xəbər verir ki, ingiltərəli futbolçu sosial şəbəkələrin geniş yayıldığı indiki dövrdə tənqidlərin qaçılmaz olduğunu bildirib.

Keyn komanda səviyyəsində uzun müddət titul qazana bilməməsinin bəzi şəxslər tərəfindən ona qarşı istifadə edildiyini deyib.

"Uzun müddət komanda ilə heç bir titul qazana bilmədim və bəziləri bundan mənə qarşı istifadə edirdi. Lakin düşünürəm ki, futbolu həqiqətən anlayan insanlar mənim oyunumun dəyərini hər zaman biliblər. "Bavariya"ya keçdikdən sonra isə buna daha çox qiymət verildiyini hiss edirəm", - deyə hücumçu bildirib.

Qeyd edək ki, Harri Keyn 2023-cü ilin avqustunda "Tottenhem"dən "Bavariya"ya transfer olunub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Neftçi" təcrübəli hücumçu transfer etdi - Vensan Abubakar Bakıda
" Oyunu dəyişən adam": Harri Keyni "Qızıl top"a aparan uğur hekayəsi
Harri Keyn Çempionlar Liqasında 50 qol vuran ilk ingiltərəli futbolçu olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər