Akvakultura fəaliyyəti üçün torpağın kateqoriyasını dəyişməyə ehtiyac olmayacaq
Far.Az xəbər saytı

Akvakultura fəaliyyəti üçün torpağın kateqoriyasını dəyişməyə ehtiyac olmayacaq


Akvakultura fəaliyyəti üçün artıq torpağın kateqoriyasını dəyişməyə ehtiyac qalmayıb.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və icra intizamı şöbəsinin müdiri Yasər Abdullayev Bakıda keçirilən l Azərbaycan Regional Akvakultura Forumunda deyib.

Onun sözlərinə görə, Nazirliyin təşəbbüsü ilə Torpaq Məcəlləsində dəyişikliyə gedilib: "Yəni kənd təsərrüfatı o riski öz üzərinə götürüb, hansı ki, əvvəllər buna mənfi rəy verirdi. Bu subyektivlik təbii ki, yox idi. Bu gün akvakultura təsərrüfatı üçün torpağın kateqoriyasını dəyişdirməyə ümumiyyətlə ehtiyac yoxdur. Yəni istənilən torpaq növündə kateqoriyalı torpaq, istər kənd təsərrüfatı olsun, istər sənaye torpağı olsun, artıq akvakultura yarada bilərlər".

Y. Abdullayev bildirib ki, edilən dəyişikliklərdən biri də Vergi Məcəlləsində dəyişiklik idi: "İstənilən halda bunu formalaşdırmaqdan ötrü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birlikdə Vergi Məcəlləsində də dəyişiklik oldu və balıqçılıq obyektli balıq məhsulları, hətta kürülər də vergidən azad olunub. Ən son yenilik isə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşəbbüs qaydasına irəli sürülən "Ətraf mühitin qiymətləndirilməsi haqqında" Qanunda dəyişiklik idi. Bu qanunda bir neçə istiqamət kənd təsərrüfatı heyvandarlıq, quşçuluq, akvaparklar və akvakultura ilə bağlı idi. Əvvəl orada heç bir fərqləndirici meyar müəyyənləşdirilməmişdi. Yəni akvakultura yaradılırsa, həcmindən asılı olmayaraq, bütün hallarda ətraf mühitin qiymətləndirilməsi sənədi, MTK sənədini almaq məcburiyyətində idilər. Yeni edilmiş dəyişikliyə əsasən artıq burada bir meyar gətirilib".

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Şəhərlər üçün texnologiyalar: "Yango Group" Bakıda keçirilən WUF13 forumunda şəhər mühitinin inkişafına yönəlmiş həllər təqdim edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər