İran və Qətər beş aylıq fasilədən sonra dəniz ticarətini bərpa edib
İran və Qətər arasında dəniz ticarəti təxminən beş aylıq fasilədən sonra bərpa edilib.
"Report"un "Reuters"ə istinadən məlumatına görə, bu barədə İran mediasına bu ölkənin Dohadakı ticarət attaşesi Abbas Əbdülxani bildirib.
Qeyd edilib ki, Fars körfəzindən keçən ən qısa kommersiya dəniz yolu olan İranın Deyyer limanı ilə Qətərin Ər-Ruvays limanı arasında gəmiçilik İranın Dohadakı səfirliyi və Qətər hakimiyyəti arasında əlaqələndirmədən sonra bərpa olunub. Bundan əvvəl İran, ABŞ və İsrail arasındakı döyüş əməliyyatları zamanı Deyyer limanı dəfələrlə zərbələrə məruz qalmışdı.
Agentliyin məlumatına görə, üzbəüz yerləşən iki liman, əsasən, regional ticarətə xidmət edir.
Daha əvvəl Qətərin Nəqliyyat Nazirliyində dəniz daşımalarının tam həcmdə bərpa olunması barədə məlumat verilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
Bakı aeroportu altı ayda 3,334 milyon sərnişinə xidmət göstərib
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı
-
"Axios": Livan və İsrail Romada qapalı müzakirə keçirəcək
-
Zelenski: Yaxın günlərdə Ukrayna ABŞ-dən zenit raketləri alacaq













