TNS-in baş məşqçisi məğlubiyyəti şərh etdi: "Topla daha çox oynayıb bizi yordular"
"Məlum olduğu kimi, çox uzun məsafə qət edib gəlmişdik".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçirilən "Sabah" - TNS (Uels) oyunundan sonra qonaq komandanın baş məşqçisi Kreyq Harrison deyib.
O, uzun yolun komandası üçün çətinlik yaratdığını bildirib:
"Uzun səfər oldu və komandamızda bu səfərin yorğunluğu hiss olunurdu. Bura gəlmək üçün iki günümüzü sərf etmişdik. Lakin rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. "Sabah"ın çox yaxşı heyəti var. Öz meydanımızdakı oyunda bizə lazım olan nəticəni qazanmağa çalışacağıq. İlk hissədə daha çox güc sərf etdik və hücumameyilli oynadıq. İkinci hissədə isə "Sabah" daha çox topla oynadı və bizi yordu. Əsas məqsədimiz qol buraxmamaq idi və ilk hissədə bunu bacardıq".
Baş məşqçi əlavə edib ki, onların məqsədi vaxt udmaq olmayıb:
"Biz buraya yaxşı nəticə qazanmaq üçün gəlmişdik. Ev oyunlarımızda daha yaxşı nəticələrimiz var. İnanırıq ki, "Sabah"la cavab qarşılaşması da uğurlu olacaq".
Qeyd edək ki, "Bank Respublika Arena"da keçirilən "Sabah" - TNS oyunu təmsilçimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab qarşılaşması iyulun 14-də Osvestri şəhərindəki "Park Hall" stadionunda keçiriləcək.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Sabah" TNS komandasını məğlub edib - YENİLƏNİB-5
UEFA Çempionlar Liqası: "Sabah" TNS ilə oyunda hesabı açıb - YENİLƏNİR-3
Kənddə əsası qoyulan Uels rekordçusu – "Sabah"ın Çempionlar Liqasındakı rəqibinin profili - TANITMA
TNS klubunun baş məşqçisi Kreyq Harrison: "Cavab matçında nəticə qazanmağa çalışacağıq"
UEFA Çempionlar Liqası: "Sabah" TNS komandasını məğlub edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













