MM gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini son oxunuşda təsdiq edib
Milli Məclis gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini son oxunuşda qəbul edib.
"Far.Az" xəbər verir ki, bununla bağlı "Gömrük tarifi haqqında" qanuna dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirə edilib.
Qanun layihəsinə əsasən, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş Ələt azad iqtisadi zonasında Azad Zona hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş yerli mənşəli malların həcminin azı 50 %-nin ölkə hüdudlarından kənara ixracı şərtilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilməsi – malı istehsal və ya emal edən Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən 15 il müddətində gömrük rüsumundan azad edilir.
Qanun gələn il yanvarın 1-dən qüvvəyə minəcək.
Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Ələt AİZ-də bəzi müəssisələrə 15 illik gömrük güzəşti veriləcək
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə ETSN-dən REAKSİYA
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
"Aston Villa" Rafael Leaunun transferi üçün "Milan"la danışıqlara başlayıb
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsü tənqid edildi
-
BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub













