Qazaxın Aslanlı kəndində taxıl sahəsində yanğın olub
Far.Az xəbər saytı

Qazaxın Aslanlı kəndində taxıl sahəsində yanğın olub


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qazax rayonu, Aslanlı kəndində taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən "Report"a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi yanğın ətraf ərazilərə yayılmasına, o cümlədən yaxınlıqda yerləşən fermaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 ha sahədə biçilməmiş, 7 ha sahədə biçilmiş taxıl sahəsi yanıb.

Biçilməmiş taxıl sahələri, o cümlədən yaxınlıqda yerləşən ferma yanğından mühafizə olunub.

Qazaxın Aslanlı kəndində taxıl sahəsində yanğın olub

Oxşar xəbərlər

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Binəqədidə güclü yanğın tam söndürülüb - YENİLƏNİB-4
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Fövqəladə Hallar Nazirliyi Bakı Sağlamlıq Mərkəzində təlim keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər