Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
Far.Az xəbər saytı

Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm


UNESCO-nun himayəsi altında Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzinin direktoru Oljas Süleymenov Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan xalqının Sizin rəhbərliyinizlə ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirən və artıran, dünyada siyasi və mədəni proseslərin ən mühüm iştirakçılarından birinə çevirən şanlı Qələbəsinin 6-cı ildönümü tamam olur.

Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm, çünki bu diyar qazax torpağı kimi mənə doğmadır. Həmçinin Heydər Əliyevin xatirəsi mənim həyatımda və xalqlarımızın tarixində müstəsna yerə malikdir. Dahi lider 80 il ömür sürsə də, əsrlər boyu yaşayacaq irs və dəyərlər qoyub.

Mən hazırda həyatımı həsr etdiyim nailiyyətlərə yekun vurur və onları ümumiləşdirirəm. Bu il bizim gördüyümüz işlərin ən əsası Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyi idi. Bu əsas mövzu qədim vaxtlardan günümüzədək gəlib çatan və müasir dövrdə İlham Əliyev kimi türk dövlətləri liderlərinin xarakterlərində özünü göstərən türkçülüyün tarixi və mədəni dəyərləri ilə bağlıdır.

Rəhbərlik etdiyim Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzi bu əlamətdar tarixlə bağlı fürsətdən istifadə edərək Türk dünyasının görkəmli elm və mədəniyyət xadimlərinin iştirakı ilə böyük tədbirlər təşkil edir və layihələr həyata keçirir. Onların fəal iştirakı nailiyyətlərimizin beynəlxalq səviyyədə tanınmasına imkan verir.

Qoy, bu nailiyyətlər Azərbaycanın və bütün Türk dünyasının qələbələrinin layiqli davamına çevrilsin".

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Turistləri heyran qoyan DİYAR: Alov, neft və palçığın qovuşduğu məkandan FOTOREPORTAJ
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər