Şəhid Ülvi Hacıyevin xatirəsinə həsr olunan konsert keçirilib
Far.Az xəbər saytı

Şəhid Ülvi Hacıyevin xatirəsinə həsr olunan konsert keçirilib


Dövlət Gömrük Komitəsinin yeganə şəhidi Ülvi Hacıyevin xatirəsi xüsusi konsert proqramı ilə yad edilib.

"Report" xəbər verir ki, şəhid ailələrin üzvlərinin, ziyalıların, ictimaiyyət və media nümayəndələrinin iştirak etdiyi tədbirdə şəhidin həyat yolunu əks etdirən səhnələr nümayiş olunub, Vətənə və qələbəyə həsr edilmiş musiqi əsərləri səsləndirilib.

Eyni zamanda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin iştirakı ilə "Azərbaycan Zəfəri-2" adlı konsert proqramı təşkil olunub.

Konsertin fərqli məqamlarından biri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə-aktyorlarının iştirakı ilə hazırlanmış bədii kompozisiya olub. Səhnə əsərində Ülvi Hacıyevin uşaqlıq və gənclik illəri canlandırılıb.

Proqram çərçivəsində vətənpərvərlik mövzusunda musiqi nömrələri ifa olunub, İkinci Qarabağ müharibəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib. Tədbirdə şəhidin əziz xatirəsi ehtiramla yad edilib, onun həyat və döyüş yolunun, Vətən uğrunda göstərdiyi fədakarlığın gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər