Braziliya - Norveç matçını dünya ulduzları tribunadan izləyib
2026-cı il FIFA Dünya Çempionatının 1/8 final mərhələsində keçirilən Braziliya – Norveç qarşılaşması təkcə meydandakı mübarizə ilə deyil, tribunadakı məşhur simalarla da diqqət çəkib.
Far.Az xəbər verir ki, Norveç Braziliyanı 2:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Erling Haaland 80-ci və 90-cı dəqiqələrdə vurduğu qollarla komandasına qələbə qazandırıb. Braziliyanın yeganə qolunu isə Neymar 90+10-cu dəqiqədə penaltidən vurub.
Qarşılaşmanı izləyən tanınmış şəxslər arasında Braziliya millisinin sabiq ulduzları Ronaldo və Kafu, "Fənərbağça"nın keçmiş futbolçusu Dieqo Luqano, amerikalı reper Cey-Zi, aktyorlar Vudi Harrelson və Terri Kryus, komediya ustaları Kris Rok və Devid Baddiel yer alıblar.
Almaniya millisinin baş məşqçisi postuna əsas namizədlərdən sayılan Yurgen Klopp da oyunu stadiondan izləyərək şərhçi kimi fəaliyyət göstərib.
Bundan başqa, Braziliya millisinin qapıçılar üzrə məşqçisi Taffarel matçdan əvvəl qolkiper Alissonla son taktiki məqamları müzakirə edib.
Braziliyanın turnirlə erkən vidalaşdığı qarşılaşma həm meydandakı dramatik anları, həm də tribunadakı məşhur qonaqları ilə dünya futbol ictimaiyyətinin diqqət mərkəzində olub.
Qalereya
Oxşar xəbərlər
DÇ-2026-nın ən böyük ulduzları: Ronaldo, Messi, Mbappe və digərləri
Böyük Britaniya kralı III Çarlz Qarabağ atlarının şousunu izləyib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
DÇ-2026: Yaponiyanı son anlarda vurduğu qolla məğlub edən Braziliya 1/8 finala yüksəlib - YENİLƏNİB-5
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başlayıb
-
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
-
Əlcəzairdə meşə yanğınlarında azı 12 nəfər ölüb
-
"Nvidia" rüb ərzində mənfəətinin ikiqat artdığını açıqlayıb
-
Əlcəzairdə meşə yanğınlarında ən azı 12 nəfər ölüb
-
Cənubi Koreya insanabənzər robotların inkişaf etdirilməsinə 1,66 milyard dollar xərcləyəcək













