Ronaldo dünya çempionatlarında son oyununu keçirib
Far.Az xəbər saytı

Ronaldo dünya çempionatlarında son oyununu keçirib


Kriştianu Ronaldo futbol üzrə dünya çempionatlarında son oyununu keçirib.

"Far.Az" xəbər verir ki, 41 yaşlı hücumçunun dünya çempionatlarında yekun oyunu Portuqaliya yığmasının İspaniya komandasına 0:1 hesabı ilə uduzduğu 1/8 final matçı olub.

İspanlarla görüşdən əvvəl Ronaldo 2026-cı il dünya çempionatının onun üçün sonuncu olacağını bildirib. Bununla yanaşı, o, milli komandada gələcək çıxışı ilə bağlı məsələni açıq saxlayıb.

Qeyd edək ki, karyerası ərzində portuqaliyalı dünya çempionatlarında 27 oyun keçirib ki, bu da hesabında 30 oyun olan Lionel Messidən sonra turnir tarixində ikinci nəticədir. Ronaldo dünya çempionatlarında 11 qol vurub.

Hücumçunun dünya çempionatlarında ən yaxşı nailiyyəti 2006-cı ildəki dördüncü yer olub.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
DÇ-2026: Ronaldu 2 qol vurub, Portuqaliya Özbəkistanı məğlub edib - YENİLƏNİB-8
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər