Bu şəxslərə müddətsiz əlillik veriləcək - Təkrar müayinəyə çağırılmayacaqlar
Far.Az xəbər saytı

Bu şəxslərə müddətsiz əlillik veriləcək - Təkrar müayinəyə çağırılmayacaqlar


Azərbaycanda bir sıra xəstəlik və sağlamlıq vəziyyətləri ilə əlaqədar əlillik müddətsiz təyin olunur. Bununla yanaşı, əvvəllər müəyyən müddətə əlillik almış şəxslər də qanunvericilikdə nəzərdə tutulan şərtlər əsasında sonradan ömürlük əlillik statusu əldə edə bilərlər.

BAKU.WS-in məlumatına görə, əlilliyin müddətsiz müəyyən edilməsi Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiqlənmiş meyarlar əsasında həyata keçirilir.

Qaydalara əsasən, geri dönməyən proseslər, reabilitasiya potensialının olmadığı hallar, anatomik və psixi qüsurlar zamanı əlillik birbaşa müddətsiz təyin edilə bilər.

Xüsusilə, ətrafların amputasiyası müddətsiz əlillik təyinatı üçün əsaslardan biridir. Bu zaman söhbət ətrafın amputasiyasından gedir. Şəkərli diabet və ya damar xəstəlikləri nəticəsində yalnız bir və ya bir neçə barmağın kəsilməsi isə avtomatik olaraq müddətsiz əlillik hüququ yaratmır. Belə hallarda qərar əsas xəstəliyin ağırlığı və digər tibbi göstəricilər nəzərə alınmaqla verilir.

Bundan başqa, əvvəllər müddətli əlillik təyin edilmiş şəxslər də müəyyən müddətdən sonra müddətsiz əlillik əldə edə bilərlər. Bunun üçün əlillik faizindən asılı olaraq fərqli müddətlər nəzərdə tutulub:

Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik təyin edilmiş şəxslərdə 15 il;

61-80 faiz pozulmaya görə əlillik təyin edilmiş şəxslərdə 10 il;

81-100 faiz pozulmaya görə əlillik təyin edilmiş şəxslərdə isə 4 il keçdikdən sonra yenidən əlillik müəyyən edilərsə, status müddətsiz təyin olunur.

Əlillik faizinin müxtəlif dövrlərdə dəyişməsi də bu müddətlərin hesablanmasına mane olmur. Belə ki, fərqli faiz aralıqları üzrə əlillik təyinatları olan şəxslərə də 15 ildən sonra yenidən əlillik müəyyən edildiyi halda müddətsiz status verilə bilər.

Digər mühüm məqam pensiya yaşına çatmış şəxslərlə bağlıdır. Pensiya yaşına çatmış vətəndaşların əlilliyinin qiymətləndirilməsi zamanı əlillik müddətsiz təyin olunur.

Beləliklə, müddətsiz əlillik yalnız ağır və geri dönməz sağlamlıq problemləri olan şəxslərə deyil, qanunvericilikdə göstərilən müddət və şərtləri tamamlayan vətəndaşlara da şamil edilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub
Nazir bu müəllimləri təltif edildi - ADLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər