Azərbaycan əsas tədarük bazarından quzu ətinin alışını kəskin artırıb
Far.Az xəbər saytı

Azərbaycan əsas tədarük bazarından quzu ətinin alışını kəskin artırıb


Bu ilin yanvar-aprel aylarında Azərbaycan 233,3 min ABŞ dolları dəyərində 58,03 ton quzu əti (təzə və yaxud soyudulmuş, dondurulmuş) idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 3,4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Monqolustandan 232 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,7 dəfə çox) 58 ton (+5,7 dəfə) və Avstraliyadan 1,3 min ABŞ dolları dəyərində 0,03 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 325 ton quzu ətinin 99,94 %-i Monqolustanın payına düşüb.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
"Ramin Nur" şadlıq sarayında dana əti yerinə camış əti verilirmiş
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər