Adil Qeybulladan süni intellektlə müalicə olunanlara XƏBƏRDARLIQ
Son dövrlər insanların sağlamlıq problemləri ilə bağlı süni intellekt platformalarına müraciət etməsi və əldə etdikləri məlumatlar əsasında özlərinə müalicə təyin etməsi ciddi risklər yaradır. Xüsusilə həkim müayinəsi olmadan dərman qəbul etmək və müxtəlif reseptlərə əsaslanmaq sağlamlıq üçün təhlükəli nəticələrə səbəb ola bilər.
Far.Az-in məlumatına görə, bunu professor Adil Qeybulla vətəndaşların aptek əməkdaşlarının və süni intellektin məsləhəti ilə müalicə olunmasının risklərini şərh edərkən bildirib.
Professorun sözlərinə görə, süni intellektin tibbi diaqnostika və müalicə sahəsində imkanları hələ tam təkmilləşməyib. Bu platformalar ümumi məlumat bazaları əsasında işləyir və təqdim etdikləri diaqnoz və müalicə variantları konkret tibbi müayinəni əvəz edə bilməz.
Adil Qeybulla vurğulayıb ki, süni intellektin təqdim etdiyi məlumatlar müəyyən ehtimallara əsaslanır:
"Buna görə də xəstəliyin düzgün müəyyənləşdirilməsi və müalicə üsulunun seçilməsində həkim müdaxiləsi vacibdir. müalicə təyin etmək səlahiyyəti tibbi mütəxəssislərə məxsusdur.
COVID-19 pandemiyası dövründə də bəzi səhvlərə yol verilmişdi. Həmin vaxt insanlar arasında antibiotiklərin əsassız və həddindən artıq istifadəsi geniş yayılmışdı. Bir çoxları həkimə müraciət etmək əvəzinə qonşularının, tanışlarının məsləhəti və ya müxtəlif mənbələrdən əldə etdikləri reseptlər əsasında müalicə olunmağa çalışırdılar".
İnfeksionist hesab edir ki, bu cür yanaşmanın mənfi nəticələri artıq özünü göstərib. O, vətəndaşlara sağlamlıqları ilə bağlı qərarları süni intellektin, aptek əməkdaşlarının və ya qeyri-peşəkar şəxslərin məsləhəti əsasında deyil, həkim müayinəsindən sonra verməyi tövsiyə edib.
Orxan Hüseyn
Oxşar xəbərlər
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Xətai rayonunda imtiyazlı xəstələr üçün yeni aptek fəaliyyətə başlayıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb
-
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə məğlub olub
-
Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər













