Kənddə əsası qoyulan Uels rekordçusu – "Sabah"ın Çempionlar Liqasındakı rəqibinin profili - TANITMA
Far.Az xəbər saytı

Kənddə əsası qoyulan Uels rekordçusu – "Sabah"ın Çempionlar Liqasındakı rəqibinin profili - TANITMA


UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsində "Sabah"ın rəqibi olan TNS (The New Saints) Uels futbolunun ən titullu komandalarından biridir.

"Far.Az"un məlumatına görə, klubun əsası 1959-cu ildə ölkənin Lansantfrayd kəndində qoyulub.

Komanda uzun müddət məhz həmin kəndin adını daşıyıb. 2003-cü ildə sponsor dəyişikliyindən sonra "The New Saints" (Müqəddəslər) adını alıb. Ardınca "Osvestri Taun" klubu ilə birləşən TNS indiki kimliyini formalaşdırıb.

Maraqlıdır ki, TNS Uels çempionatında çıxış etsə də, ev oyunlarını İngiltərənin Şropshir qraflığının Osvestri şəhərində keçirir. Komandanın doğma arenası "Park Hall" stadionudur. Arena təxminən 3 min tamaşaçı tutumuna malikdir.

TNS tarixində 18 dəfə Uels Premyer Liqasının (Cymru Premier) çempionu olub və bu göstəricidə ölkə rekordçusudur. Bundan əlavə, komanda 10 dəfə Uels Kubokunu və 11 dəfə Liqa Kubokunu qazanaraq ölkə futbolunda adından söz etdirib. Son illərdə, demək olar ki, hər mövsüm çempionluq uğrunda mübarizənin əsas favoriti də məhz bu komandadır.

Klubun prezidenti və sahibi britaniyalı iş adamı Mayk Harrisdır. Komandanın baş məşqçisi isə 48 yaşlı mütəxəssis Kreyq Harrisondur. O, Uels futbolunun ən uğurlu məşqçilərindən sayılır və TNS ilə çoxsaylı çempionluqlar qazanıb. 2011 - 2017-ci illər aralığında da bu komandada baş məşqçi olan ingiltərəli mütəxəssis 2022-ci ildə kluba qayıdıb.

TNS son illərdə Avropada da adından söz etdirir. Komanda 2024/2025 mövsümündə UEFA Konfrans Liqasının əsas mərhələsinə yüksəlib və bununla da Uels təmsilçiləri arasında avrokuboklarının qrup/liqa mərhələsinə vəsiqə qazanan ilk komanda olub.

Komandanın heyətində əsasən uelsli və britaniyalı futbolçular çıxış edir.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də baş tutacaq. Valdas Dambrauskasın baş məşqçisi olduğu Azərbaycan çempionu ilk matçı evdə keçirəcək.

Oxşar xəbərlər

"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
1959-cu ildən bu günə: İT sahəsinin inkişafını əks etdirən sərgi - FOTOREPORTAJ
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər