TNS klubunun baş məşqçisi Kreyq Harrison: "Cavab matçında nəticə qazanmağa çalışacağıq"
UEFA Çempionlar Liqasının ilk təsnifat mərhələsində "Sabah"a 1:0 uduzan TNS (Uels) cavab matçında nəticə qazanmağa çalışacaq.
"Report" xəbər verir ki, bunu TNS klubunun baş məşqçisi Kreyq Harrison UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Sabah"la oyundan (0:1) sonra mətbuat konfransında deyib.
O, məğlubiyyətin səbəblərini izah edib:
"Çox uzun məsafə qət etmişdik. Bu bizim üçün çətin oldu. Oyundan qopmağa və nəticə göstərməyə çalışdıq, amma olmadı. Cavab matçında nəticə qazanmağa çalışacağıq. Hədəfimiz burada vaxt itkisinə yol vermək deyil, yaxşı nəticə idi. Ev oyunlarımızda güclü rəqiblərə qarşı yaxşı göstəricilərimiz var. Ümid edirəm, bu göstəricilərdən biri də "Sabah"la cavab matçında olacaq".
Xatırladaq ki, komandalar arasında cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Sabah" TNS komandasını məğlub edib - YENİLƏNİB-5
UEFA Çempionlar Liqası: "Sabah" TNS ilə oyunda hesabı açıb - YENİLƏNİR-3
Kənddə əsası qoyulan Uels rekordçusu – "Sabah"ın Çempionlar Liqasındakı rəqibinin profili - TANITMA
UEFA Çempionlar Liqası: "Sabah" TNS ilə oyunda hesabı açıb
UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub - YENİLƏNİB-9
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Goranboyda sursat anbarında YANĞIN
-
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
-
Həkimlərin maaşı 3 000 manata çatacaq – YENİ SİYAHI
-
İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
-
Rusiya Kiyev və Odessa yaxınlığında yeni zərbələr endirib
-
Rumıniyada onlarla turist qidadan zəhərlənib













