FIFA-nın qərarından sonra baş məşqçi istefa verdi
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) tərəfindən Ümumnepal Futbol Assosiasiyasının (ANFA) qurumdakı üzvlüyünün dayandırılmasından sonra italiyalı mütəxəssis Qulyelmo Arena Nepalın futbol üzrə milli komandasının baş məşqçisi postunu tərk edib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Sinqapur, Əlcəzair, İsveçrə və Mərakeş komandalarını çalışdırmış italiyalı mütəxəssis bir neçə ay əvvəl avstraliyalı Mett Rossun komandadan getməsindən sonra millinin sükanı arxasına keçmişdi.
Arenanın sözlərinə görə, o, vəziyyəti diqqətlə nəzərdən keçirdikdən sonra "müqavilənin ləğv edilməsi barədə ANFA ilə qarşılıqlı razılığa" gələ bilib.
Xatırladaq ki, FIFA daha əvvəl Himalay ölkəsinin millisinə və onun klublarına beynəlxalq turnirlərdə iştirak etməyi də qadağan edib. Bununla da ANFA FIFA üzvü kimi bütün hüquqlarını itirib. Assosiasiya və onun nümayəndələri FIFA, eləcə də Asiya Futbol Konfederasiyasının (AFC) inkişaf proqramlarında, kurslarında və ya təlimlərində iştirak imkanından məhrum edilirlər.
FIFA-nın baş katibi Mattias Qrafströmün ANFA rəhbəri Kiran Raya ünvanladığı məktubdan məlum olduğu kimi, bu qərar Milli İdman Şurası (NSC) tərəfindən qurumun nizamnaməsinin kobud şəkildə pozulması, futbol assosiasiyasında seçki prosesi ilə bağlı onların arasında həll olunmamış münaqişə və seçkilərə üçüncü tərəflərin müdaxiləsi ilə əlaqədardır.
Oxşar xəbərlər
MOK-da "Milli İdman Federasiyaları üçün Təhlükəsiz İdman Proqramı" keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Millinin yeni baş məşqçisi kim olacaq? - Ehtimal namizədlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
Bəzi avtomobillərin güzəştli idxal qaydaları müəyyənləşdi
-
"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı













