Xaçmazda əməliyyat, silahlı heroin alverçiləri yaxalandı
Far.Az xəbər saytı

Xaçmazda əməliyyat, silahlı heroin alverçiləri yaxalandı


Xaçmaz rayonunda polis silahlı narkotik alverçisinə qarşı əməliyyat keçirib.

Far.Az xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Eyvaz Musayev saxlanılıb. Onun üzərinə baxış keçirilərkən ondan bir ədəd "Makarov" markalı tapança, dörd ədəd patron, həmçinin narkotik vasitə olan heroin aşkarlanıb.

Əməliyyatın davamı olaraq polis əməkdaşları digər rayon sakini İsa Cəbiyevi yaxalayıblar. O, izlənilərək rayon ərazisindəki köhnə yarımtikilidə saxlanılarkən üzərindən bir kiloqram heroin aşkar edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Beş tondan artıq narkotik vasitə məhv edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İsa Qəmbərin xəyanət dosyesi: Antimilli şəbəkənin cavab vermək zamanı çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər