Beş tondan artıq narkotik vasitə məhv edilib
Far.Az xəbər saytı

Beş tondan artıq narkotik vasitə məhv edilib


İyunun 11-də hüquq-mühafizə orqanları tərəfindən dövriyyədən çıxarılmış, barələrində məhvetmə qərarı qəbul olunmuş maddi sübutların tam həcmdə məhv edilməsi ilə əlaqədar 1446 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul olunmuş narkotik vasitələr aidiyyəti təşkilatların və media nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev jurnalistlərə açıqlamasında bildirib ki, ümumilikdə 5 ton 155 kiloqram müxtəlif növ narkotik vasitə (526 kiloqram heroin, 4 ton 135 kiloqram marixuana, 109 kiloqram tiryək, 164 kiloqram həşiş, 1 kiloqram kokain, 220 kiloqram), 140 min 620 həb və psixotrop maddə (137 min 455 ədəd həb, 3165 ədəd həb psixotrop maddə), eləcə də 13 min 367 çətənə bitkisi yandırılıb.

Məhv edilən narkotik vasitələrin qara bazarda qiyməti 147 milyon manat təşkil edir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Son 11 ayda narkotiklə bağlı 7 min 441 cinayət faktı aşkarlanıb
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat çərçivəsində 1765 cinayət faktı aşkarlanıb
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər