Rusiya diplomatı Ukraynaya zərbələrlə əlaqədar Litva XİN-ə çağırılıb
Far.Az xəbər saytı

Rusiya diplomatı Ukraynaya zərbələrlə əlaqədar Litva XİN-ə çağırılıb


Rusiya diplomatı Litvanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və Ukraynaya endirilən son kütləvi zərbələrlə əlaqədar ona etiraz notası təqdim edilib.

"Far.Az" xəbər verir ki, bu barədə Litva XİN "X" sosial şəbəkəsində məlumat yayıb.

"Litvanın Xarici İşlər Nazirliyi Kiyevdə və Ukraynanın digər rayonlarında dinc sakinlər arasında çoxsaylı tələfata səbəb olan son kütləvi hücumlarla əlaqədar etiraz notası təqdim etmək üçün Rusiya diplomatını çağırıb. Litva tərəfi, həmçinin, Rusiya Xarici İşlər Nazirliyi nümayəndələrinin Baltikyanı ölkələrə qarşı yönəlmiş yalan bəyanatlarını rədd edib", - məlumatda bildirilib.

Qeyd edək ki, bu gün Rusiyanın pilotsuz uçuş aparatları ilə Kiyevə zərbəsi nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb. Rusiya Silahlı Qüvvələrinin Ukrayna paytaxtına iyulun 5-dən 6-na keçən gecə etdiyi əvvəlki hücum 22 nəfərin həyatına son qoymuşdu.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub
Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB-7
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 22-yə çatıb, 100-dən çox insan yaralanıb - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər