Kirayə ev tutmaq istəyən tələbə qızlar aldadıldıqlarını İDDİA EDİRLƏR
Far.Az xəbər saytı

Kirayə ev tutmaq istəyən tələbə qızlar aldadıldıqlarını İDDİA EDİRLƏR


Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaş Ulduz Məmmədovanın sözlərinə görə, o, Bina.az saytında yerləşdirilən bağ evi elanını bəyəndikdən sonra özünü əmlakçı kimi təqdim edən şəxslə əlaqə saxlayıb.

Şikayətçi bildirir ki, qarşı tərəf evi bron etmək üçün ondan 50 manat beh və şəxsiyyət vəsiqəsinin fotosunu istəyib. Lakin ödəniş edildikdən sonra həmin şəxs evin dəqiq ünvanını göndərməyib və zənglərə cavab verməməyə başlayıb.

"İstədik ki, evin ünvanını göndərsin, amma adam zənglərimizə baxmır, mesajlarımıza cavab vermirdi. Sonra dedik ki, evə baxış keçirmək istəyirik. O isə gah bu gün alınmadığını, gah da sabah mümkün olacağını deyirdi. Bizi bu cür yola verirdi", - deyə Ulduz Məmmədova bildirib.

Şikayətçinin sözlərinə görə, daha sonra onların tanışları da həmin şəxslə əlaqə saxlayıb və eyni evin kirayə verilib-verilmədiyini soruşublar. İddiaya görə, həmin şəxs onlara da evin kirayə verildiyini deyib. "Özünü Elnur kimi təqdim edirdi. Sonradan məlum oldu ki, əslində, adı Elnur yox, Elgündür", - deyə şikayətçi əlavə edib.

Qarşı tərəf isə ittihamları qəbul etməyib. "Mən demişəm ki, gedək, bağı göstərim. Özləri istəməyiblər. Beh veriblər, sonra da bağı kirayəyə götürməkdən imtina ediblər", - Elnur Əhmədov deyib.

Çəkilişdən sonra tərəflər arasında razılıq əldə olunub. Şikayətçinin bildirdiyinə görə, özünü əmlakçı kimi təqdim edən şəxs beh qismində aldığı 50 manatı geri qaytarıb.

Oxşar xəbərlər

Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
STM dövlət orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq keçirib
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər