Mərkəzi Bank yubiley və xatirə pul nişanlarının satışı ilə bağlı yeni agentlər seçib
Azərbaycan Mərkəzi Bankı (AMB) "TuranBank" və "Bank of Baku" ASC-yə yubiley və xatirə pul nişanlarının satış agenti kimi seçib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə AMB tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışının əlçatanlığı artırılıb. Belə ki, 10 iyul 2026-cı il tarixindən etibarən vətəndaşlar Mərkəzi Bankın "Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi" (https://coin.e-cbar.az) vasitəsilə etdikləri sifarişlər üzrə pul nişanlarını təhvil almaq üçün artıq "TuranBank" və "Bank of Baku"nu də seçə biləcəklər. Bununla da, qeyd olunan banklar Mərkəzi Bankın investisiya pul nişanları ilə yanaşı, həm də "Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi"nin satış agentləri kimi müəyyən olunublar.
Vətəndaşlar tədavüldə olan yubiley və xatirə pul nişanları barədə məlumatları Mərkəzi Bankın rəsmi internet səhifəsinin "Milli pul nişanları" (https://www.cbar.az/moneymarks/coins?category=2) bölməsindən əldə edə, onlayn satış sistemi vasitəsilə sifarişlərini elektron qaydada qeyd edə bilərlər.
Xatırladaq ki, AMB tərəfindən qızıl, gümüş və kupronikel yubiley və xatirə pul nişanlarının tədavülə buraxılmasının əsas məqsədi ölkəmizin ictimai-siyasi həyatında baş vermiş mühüm tarixi hadisələrin əks etdirilməsi, milli mədəni irsin və incəsənətin beynəlxalq ictimaiyyətə tanıdılması, Azərbaycanın flora və faunasının təbliği, habelə görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsidir.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub













