Fərid Məmmədov: Avropanın bir sıra ölkələrində DOST modeli çərçivəsində işlər aparılır
Avropanın bir sıra ölkələrində DOST modeli çərçivəsində işlər aparılır.
"Report" xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, hazırda Moldovanın 10 şəhərində DOST indeksi üzrə qiymətləndirmələr aparılır, Moldovadan başqa oxşar fəaliyyət Özbəkistanda da icra olunur.
Sədr deyib ki, DOST modelinin Xorvatiyanın Zaqreb şəhərində "bir pəncərə" modelinin qurulması istiqamətində ilk layihəyə başlanılıb:
"Xorvatiyada bu istiqamətdə işlərə start vermişik. Bir müddətdir ki, Rumıniyada biz bu işləri davam edirik və həmkarlarımıza texniki dəstək göstəririk. Eyni zamanda, Serbiyada da buna bənzər fəaliyyət qurmuşuq və sosial sahədə fəaliyyət göstərən müxtəlif dövlət qurumları ilə mübadilə işləri aparırıq".
Fərid Məmmədov əlavə edib ki, Afrikanın müxtəlif ölkələri DOST modelinə maraq göstərir:
"İnklüziv inkişaf və yaradıcılıq istiqamətdə Efiopiya ilə Azərbaycan arasında mübadilə aparılır".
Oxşar xəbərlər
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində "Neft bumu hamıya gülümsəyir" festivalının açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
Bakı aeroportu altı ayda 3,334 milyon sərnişinə xidmət göstərib
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı
-
"Axios": Livan və İsrail Romada qapalı müzakirə keçirəcək













