FHN: Çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək qadağandır
Çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək qadağandır.
"Far.Az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciətində bildirilib.
Qeyd olunub ki, FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşların su hövzələrində müvafiq təhlükəsizlik qaydalarına əməl etməməsi acı nəticələrə səbəb olur.
Həmçinin müraciətdə vurğulanıb ki, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.
"Həmçinin çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Eləcə də qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir", - müraciətdə bildirilib.
Oxşar xəbərlər
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
Nazirlikdən əhaliyə MÜRACİƏT - Çimərlikdə bunları etmək OLMAZ
FHN çimərliklərdə təhlükəsizlik qaydaları haqqında əhaliyə yenidən müraciət edib
Nazirlikdən bu il çimərliyə getmək istəyənlərə VAVİB MÜRACİƏT
Nazirlikdən bu il çimərliyə getmək istəyənlərə VACİB MÜRACİƏT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













