Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda ildə 2 milyon ting yetişdirəcək meşə təlim mərkəzi yaradıb
Azərbaycan və Türkiyə işğaldan azad edilmiş Cəbrayıl rayonunda Beynəlxalq Meşə Təlim Mərkəzi və tinglik sahəsi yaradıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Antalyada COP31 çərçivəsində keçirilən "İnteqrasiya olunmuş Yanğın İdarəçiliyi və Meşə Yanğınlarına Davamlılıq üçün Texnologiya və İnnovasiyalar üzrə Yüksək Səviyyəli Dialoq"da bildirib.
Onun sözlərinə görə, Cəbrayılda 40 hektar ərazidə salınan bu Mərkəz ildə 2 milyon ting yetişdirmək və 400 meşəçilik mütəxəssisi hazırlamaq potensialına malikdir. Mətkəzdə həmçinin Türkiyə, Mərkəzi Asiya və Şərqi Avropadan olan mütəxəssislər üçün də təlimlərin keçirilməsi nəzərdə tutulur.
M.Babayev Türkiyə hökumətinə və kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklıya İnteqrasiya olunmuş Yanğın İdarəçiliyi və Meşə Yanğınlarına Davamlılıq üzrə Antalya Fəaliyyət Planının irəli sürülməsindəki təşəbbüslərinə görə təşəkkür edib.
COP29-un Prezidenti meşə yanğınlarının iqlim dəyişikliyi, biomüxtəliflik və su təhlükəsizliyi üçün ciddi təhdid yaratdığını vurğulayıb. Qeyd edib ki, hər il dünyada təxminən 127 milyon hektar meşə sahəsi yanğınlardan zərər görür, 2024–2025-ci illərin yanğın mövsümündə isə dünyada 100 milyondan çox insan bu fəlakətin təsirinə məruz qalıb.
M.Babayev bildirib ki, peyk monitorinqi, süni intellekt, dronlar və qabaqcıl proqnozlaşdırma sistemləri yanğın risklərinin erkən aşkarlanmasında mühüm rol oynaya bilər. Bununla yanaşı, texnoloji imkanlar peşəkar kadr hazırlığı, institusional potensial və beynəlxalq əməkdaşlıqla tamamlanmalıdır.
O qeyd edib ki, Antalya Fəaliyyət Planı meşələrin qorunması, yanğınların qarşısının alınması, zərər görmüş ekosistemlərin bərpası və dayanıqlı meşə idarəçiliyinin inkişafı istiqamətində konkret addımların atılmasına imkan yaradır.
Oxşar xəbərlər
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb
-
Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər
-
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə məğlub olub













