Ot tayaları yandı, yük maşını yararsız hala düşdü
Goranboy və Qazax rayonlarında ot tayalarının yanması ilə nəticələnən yanğın hadisələri qeydə alınıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Goranboy rayonunda Arzu Aslanova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində 120 kip ot tayası yanıb.
Hadisə yerinə dərhal yanğınsöndürən texnika və canlı qüvvəsi cəlb olunub.
Operativ müdaxilə nəticəsində yanğın ətraf ərazilərə yayılmadan söndürülüb.
Digər analoji hadisə isə Qazax rayonunun Çaylı kəndində qeydə alınıb.
Belə ki, Bəxtiyar Həsənva məxsus "QAZ-53" markalı yük maşınındakı 100 kip ot bağlaması yanmağa başlayıb.
Qısa müddətdə böyüyən alov yük maşınına da keçib.
Əraziyə çağırılan yanğınsöndürənlərin səyləri nəticəsində yanğın söndürülsə də, avtomobilə ciddi ziyan dəyib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib













