Fransada naməlum şəxslər dərs zamanı məktəbi yandırmağa cəhd ediblər
Far.Az xəbər saytı

Fransada naməlum şəxslər dərs zamanı məktəbi yandırmağa cəhd ediblər


Fransanın paytaxtı Paris yaxınlığındakı Fren kommunasında bir qrup naməlum şəxs "Mistral" liseyini yandırmağa cəhd göstərib, şagirdlər və işçiləri təxliyə edilməli olub.

"Report"un "Le Parisien" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə 6 noyabrda dərslər zamanı baş verib.

İlk yanğın siqnalı Bakı vaxtı ilə saat 13:00-da səslənib. Yarım saat sonra bir neçə nəfər liseyin binasına daxil olaraq fişənglər atıb. Heç kim xəsarət almayıb.

Cinayətkarlar daha sonra tualet kağızı və zibil qutularını yandıraraq yanğın törətməyə cəhd ediblər. Polis əməkdaşları hadisə yerinə gəlib və onları dayandırıblar.

Bu vaxt liseyin rəhbərliyi şagirdlərin təxliyəsini təşkil edərək onları həyətdə toplayıb.

Hadisədən sonra məktəb bu gün - 7 noyabr, günorta saatlarına qədər distant təhsilə keçib.

Polis hələlik şübhəliləri saxlaya bilməyib.

Oxşar xəbərlər

1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Məktəblərdə ilk dərs günü həyəcanı - FOTOREPORTAJ
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər