"Brayton" klubu Xorvatiya millisinin müdafiəçisi Luka Vuşkoviçi transfer edib
Far.Az xəbər saytı

"Brayton" klubu Xorvatiya millisinin müdafiəçisi Luka Vuşkoviçi transfer edib


İngiltərənin "Brayton" klubu "Tottenhem" və Xorvatiya millisinin müdafiəçisi Luka Vuşkoviçi transfer edib.

"Far.Az" xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi məlumat yayıb.

Futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb.

"Brayton"un Vuşkoviç üçün "Tottenhem"ə 46 milyon funt sterlinq (53,8 milyon avro) ödəyəcəyi deyilirdi. Həmçinin əlavə bonus ödənişləri hesabına transfer paketinin ümumi məbləğinin 50 milyon funt sterlinqi (58,5 milyon avro) keçəcəyi vurğulanıb.

Qeyd edək ki, Luka Vuşkoviç 2025/2026 mövsümündə bütün turnirlərdə 30 matçda iştirak edib və 6 qol vurub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 60 milyon avro təşkil edir.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər