Toydan çıxan Vətən müharibəsi qazisini ürəyindən bıçaqlayıb öldürdülər
Far.Az xəbər saytı

Toydan çıxan Vətən müharibəsi qazisini ürəyindən bıçaqlayıb öldürdülər


Vətən müharibəsi iştirakçısı, 33 yaşlı Rahib Əminovun qətlə yetirilməsi ilə bağlı şahidlər danışıblar.

BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə ötən gecə Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verib.

Məlumata görə, toy məclisindən çıxan şəxslər arasında yaranan mübahisə sonradan kütləvi davaya çevrilib.

Şahidlərin sözlərinə görə, əvvəlcə Vüqar Şirinzadə ilə Elmin Əminov arasında mübahisə yaranıb. Daha sonra davaya qardaşlar da qoşulublar. Hadisə zamanı Rahib Əminov ürəyindən bıçaqlanaraq həyatını itirib. Onun qardaşı Elmin Əminov və daha bir nəfər isə yaralanıb.

Mərhumun yaxınları bildiriblər ki, tərəflər arasında əvvəldən hər hansı ədavətin olub-olmadığını bilmirlər. İlkin ehtimala görə, mübahisəyə söyüş və qarşılıqlı söz atışması səbəb olub.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanıb. Rahib Əminovun qətlində şübhəli bilinən Vüqar Şirinzadə saxlanılaraq istintaqa cəlb edilib.

Qeyd edək ki, R.Əminov könüllü olaraq Vətən müharibəsində iştirak edib və yaralanıb. "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Oxşar xəbərlər

Şouları ilə dünyaya səs salan azərbaycanlı qardaşlar: "Biz hələ də məşq edirik"
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər