AFFA 2026/2027 mövsümündə qadın liqalarında iştirak edəcək komandalarla görüşlər keçirib
AFFA-nın bayrağı altında 2026/2027 mövsümündə qadın liqalarında iştirak edəcək komandaların nümayəndələri ilə görüşlər keçirilib.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Zaqatala, İsmayıllı və Gəncədə təşkil edilən görüşlərdə AFFA-nın qadın futbolu üzrə texniki direktoru Emrah Aykurt və Qadın Futbolu Departamentinin liqalar üzrə əməkdaşları iştirak ediblər.
Ötən mövsümdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb, komandalar arasında öncədən aparılmış elektron sorğuda qeyd olunan təkliflər müzakirə olunub. Qadın liqalarında növbəti mövsümün formatı, eləcə də qarşıdakı mövsümlərdə yarışların təşkili və keçirilməsi ilə bağlı planlaşdırılan dəyişikliklər barədə tərəflərin rəyləri öyrənilib. Müzakirələrin daha səmərəli baş tutması məqsədilə klubların koordinatorları və liqaların region nümayəndələri növbəti görüşlərə dəvət olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
AFFA rəsmisi Emrah Aykurt: "Məqsəd bütün yaş qruplarında vahid futbol anlayışı formalaşdırmaqdır"
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













