Metroda təmir işləri vaxtından əvvəl yekunlaşacaq? - RƏSMİ CAVAB
Bakı Metropolitenində hazırda aparılan təmir işləri ilə bağlı sərnişinləri maraqlandıran əsas məsələlərdən biri də işlərin icra müddətidir.
Təmir prosesinin vaxtından əvvəl yekunlaşdırılması və ayrı-ayrı sahələrin nəzərdə tutulan tarixdən daha tez istismara verilməsi imkanları diqqət çəkir.
Bu məsələlərlə bağlı Bakı Metropoliteni QSC-yə sorğu ünvanlanıb. Qurumdan Far.Az-in sorğusuna cavab laraq bildirildi ki, "Bakı Metropoliteni" QSC-də xətlərin ayrılması layihəsi çərçivəsində "28 May" və "Cəfər Cabbarlı" stansiyaları arasında tikilən yeni piyada pilləkəninin inşası son mərhələdədir. Yeni pilləkən sərnişinlərin "Cəfər Cabbarlı" və "28 May" platformaları arasında birbaşa keçidini, rahat və təhlükəsiz hərəkətini təmin edəcək:
"Pilləkən istifadəyə verildikdən sonra iki stansiya arasında keçid rolunu oynayan digər piyada pilləkənində və "Cəfər Cabbarlı-Xətai" mənzilinin müvafiq tunelində təmir işləri aparılacaq. Bununla əlaqədar "Cəfər Cabbarlı" stansiyasının birinci yolunda əsaslı təmir və yenidənqurma işləri yekunlaşdırılaraq istifadəyə veriləcək. Beləliklə, "Cəfər Cabbarlı-Xətai" mənzilində qatarların hərəkəti dayandırılmayacaq.
Bununla yanaşı, "Cəfər Cabbarlı-Nizami" stansiyaları arasında 200 metrdən artıq iki tunelin qazıntısı davam etdirilir. Avqust ayının 15-də başlanmış işlərin 11 ay ərzində yekunlaşdırılması nəzərdə tutulmuşdu. Ötən dövr ərzində kommunikasiya xətlərinin köçürülməsi təmin edilərək, ləğv ediləcək hər iki mövcud tunel sahəsinin betonlanması başa çatdırılıb və qazıntı işləri müəyyən edilmiş qrafikə uyğun aparılır.
Bundan savayı, havalandırma şaxtası, "İçərişəhər" stansiyasının dönmə kamerasının qazıntısı, dartı tipli elektrik yarımstansiyasının inşası davam etdirilir".
Orxan Hüseyn
Oxşar xəbərlər
FHN metroda birgə təlim keçirib
FHN metroda təlim keçirib
Bakı metrosu xətlərin ayrılması üçün 200 metrlik tunelin inşasına hazırlaşır
Qırmızı və Yaşıl xətlərin ayrılması Bakının nəqliyyat mənzərəsini necə dəyişəcək?
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Bakıda sabah 23 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
Aysel Teymurzadədən qızı Leyla ilə bağlı paylaşım
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır













