Atropatena dövrünə aid "Seyidin yeri" adlı yaşayış məskəni aşkarlanıb
Yardımlıda aparılan arxeoloji qazıntılar nəticəsində Atropatena dövrünə aid yaşayış məskəni tapılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Arxeologiya və Antropologiya İnstitutu məlumat paylaşıb.
Bildirilib ki, Urakərən kəndində amerikalı mütəxəssislərlə aparılan birgə arxeoloji qazıntılar zamanı təxminən 2 200 il əvvələ aid antik yaşayış məskəni aşkar edilib.
Tapılan yaşayış məskəni "Seyidin yeri" adlanır.
İlk dəfə bu ərazidə 2020-ci ildə tədqiqatlara başlanıb. Bu tədqiqatlar ilkin mərhələdə aşkar edilən yaşayış yerindən 250 metr şərqdə antik nekropolda icra olunub.
Geniş ölçülü nekropolun ətrafında yaşayış yerinin olacağı ehtimal edilərək 2024-cü ildə amerikalı mütəxəssislərlə yoxlama məqsədilə qazıntılara başlanılıb.
Məhz elə həmin il artıq burada tikili qalıqlarının olduğu müəyyən edilib.
Hazırda 300 kvadratmetrə yaxın bir ərazidə tədqiqatlar davam edir. Şərq-qərb istiqamətində 20 metrdən bir qədər də çox uzunluğu olan və ortada haçalanan divarlar tədqiq olunub. Bundan bir qədər alt qatda, yəni təxminən 100 il əvvələ aid daha geniş - 120 sm enində olan divar qalıqlarının özülləri (fundamentləri) aşkar olunub.
Həmin tikililərin bəzi yerlərində yaxşı daşlarla döşənmiş döşəmə qatı müəyyən olunub, onun üzərində isə qalın, yanaraq bişmiş vəziyyətə düşmüş gil və kömür qalıqları var.
Bu da belə bir ehtimal irəli sürməyə əsas verir ki, burada ciddi bir yanğın hadisəsi baş verib. Həmin hadisə ərəfəsində tavan uçub, zamanla dağıntı davam edib və nəticədə döşəmə üzərində qalın bir qat əmələ gəlib.
İndiki ana qədər əldə olunan həm laboratoriya nəticələrinə, həm də müqayisəli təhlillərə əsasən tədqiq edilən tikililərin 2000-2200 il yaşı olduğunu demək olur. Məhz bu çərçivədə burada iki əsas tikili strukturu formalaşıb.
Qalereya
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
"Atropatena – Adorbayqan adlı dövlətin yaranması" kitabının təqdimatı keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sumqayıt" Elçin Salmanzadəni heyətinə qatıb
-
Qazaxıstanda Xəzərdə təlimlər zamanı 9 hərbçi ölüb
-
Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib
-
Özbəkistanla Azərbaycan Xəzərdə donanmanın maliyyələşdirilməsi mənbələrini müəyyən edib
-
Naomi Kempbell Bakıda
-
Formula 1-lə bağlı metronun iş SAATI DƏYİŞİR













