Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
ABŞ-ın texnologiya şirkəti Nvidia Censen Huangı baş direktor vəzifəsinə qaytarmağı planlaşdırmır.
"Far.Az" xəbər verir ki, bunu Nvidia-nın Direktorlar Şurasının sədri Harvi Cons bildirib.
O qeyd edib ki, şirkətin Direktorlar Şurası Huangın istefasını yekdilliklə qəbul edib və onu vəzifəsinə qaytarmaq niyyətində deyil.
"Nvidia-nın Direktorlar Şurası onun istefasını yekdilliklə qəbul edib və Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq fikrində deyil", – deyə Harvi Cons şirkətin 2027-ci ilin üçüncü rübünün maliyyə nəticələrinin açıqlanmasına həsr olunmuş onlayn konfransda bildirib.
Qeyd edək ki, bundan əvvəl Huang Direktorlar Şurası ondan xahiş edəcəyi təqdirdə şirkətin baş direktoru vəzifəsinə qayıtmağa hazır olduğunu açıqlamışdı.
Censen Huang noyabrın 12-də Çin lehinə casusluqda şübhəli bilinən qadınla münasibətləri ətrafında yaranan qalmaqal fonunda Nvidia-nın baş direktoru və prezidenti vəzifələrindən, həmçinin şirkətin Direktorlar Şurasının üzvlüyündən istefa verib.
Çin Xarici İşlər Nazirliyi həmin qadının Çin kəşfiyyatına işləməsi ilə bağlı iddiaları böhtan adlandırıb.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib













