Ülvi Mehdiyev: "ASAN xidmət" artıq Azərbaycanın intellektual brendidir
"ASAN xidmət" artıq Azərbaycanın intellektual brendidir və bir model kimi ixrac olunur.
"Report" xəbər verir ki, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "Baku TV"yə müsahibəsində deyib.
Onun sözlərinə görə, artıq bütün ölkələrdə dövlət xidmətləri sahəsində bu modelə müraciət edirlər:
"Əlbəttə ki, səbəbsiz deyil. Bu, ilk növbədə, ölkə prezidentinin bir innovasiyasıdır. Bu modelin Azərbaycanda uğurla tətbiqi beynəxlalq səviyyədə maraq doğurub. Artıq 30-dan çox ölkə ilə müqaviləmiz var. Bu ölkələrlə "ASAN xidmət" modelinin paylaşılması nəzərdə tutulur. Sözügedən ölkələr bütün qitələrə aiddir, Afrika, Asiya, Avropa, Amerika ölkələri də var. Hazırda 18 ölkə də "ASAN xidmət" modelini öyrənmək üçün müraciət edib. Həmin ölkələrə Braziliya, İndoneziya, Vyetnam, Çili, Liviya, Tacikistan, İran, Keniya, Qvineya və s. əməkdaşlıq üçün müraciət edib".
Agentlik sədri həmçinin əlavə edib ki, Pakistan, Özbəkistan, Uqanda, Efiopiya, İndoneziya, Pakistan, Əfqanıstanda bu model artıq tam tətbiq olunur və indiyədək 750 milyondan çox şəxsə xidmət göstərir.
Oxşar xəbərlər
"Best model of Azerbaijan"ın qalibləri seçildi
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ülvi Mehdiyev "Baku TV"nin suallarını cavablandırıb - YENİLƏNİB
Ülvi Mehdiyev: Azərbaycandakı "ASAN mərkəzlər" bütün əhalinin xidmətlə təmin olunmasına kifayət edir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı













