Ülvi Mehdiyev: Azərbaycandakı "ASAN mərkəzlər" bütün əhalinin xidmətlə təmin olunmasına kifayət edir
Hazırda Azərbaycanda fəaliyyət göstərən "ASAN mərkəzlər" bütün əhalinin xidmətlə təmin olunmasına kifayət edir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "Baku TV"yə müsahibəsində deyib.
Onun sözlərinə görə, "ASAN xidmət" mərkəzləri artıq 14 ildir fəaliyyət göstərir:
"2012-ci il iyulun 13-də Prezident İlham Əliyev "ASAN xidmət"in yaradılması ilə bağlı Sərəncam imzalayıb. Əsas məqsəd vətəndaşlara şəffaf, tamamilə bürokratiyasız və operativ şəkildə xidmət göstərmək idi. Bununla yanaşı, dövlət qulluqçusu ilə vətəndaş arasında münasibətlərin yeni əsaslar üzərində qurulması da əsas məqsədlərdən biri idi. Ötən illər ərzində "ASAN xidmət" ölkə rəhbərliyinin dəstəyi və tapşırıqları ilə qısa müddətdə həm keyfiyyət, həm də kəmiyyət baxımından genişlənməyə başlayıb. Bu gün artıq ölkə üzrə 28 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Bundan əlavə, 3 "ASAN kommunal" mərkəzi də fəaliyyət göstərir. Beləliklə, ümumilikdə 31 mərkəz vətəndaşlara xidmət göstərir".
Ülvi Mehdiyev bildirib ki, mərkəzlər ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir və vətəndaşlara qeydiyyat yerindən asılı olmayaraq xidmət göstərir:
"Hesab edirik ki, bu say əhalinin xidmətlə təmin olunması üçün kifayətdir. Bundan əlavə, 10 səyyar "ASAN xidmət" avtobusu da fəaliyyət göstərir. Bu avtobuslar "ASAN xidmət" mərkəzi olmayan rayonlara səfər edir, tələbatdan asılı olaraq iki həftə və ya bir ay həmin bölgələrdə qalaraq rayon, şəhər və qəsəbələrdə vətəndaşlara xidmət göstərirlər. Fikrimizcə, 28 "ASAN xidmət" mərkəzi ölkəni tam əhatə edir. Hazırda mərkəzlərin sayının artırılmasına ehtiyac yoxdur".
Oxşar xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Ülvi Mehdiyev "Baku TV"nin suallarını cavablandırıb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı













