Birinci vitse-prezident Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb.
Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin iki xalqın bir neçə onillik tarixi olan dostluğuna əsaslanaraq inkişaf etdiyi vurğulanıb.
Qeyd edilib ki, Azərbaycanın və Vyetnamın dövlət başçılarının qarşılıqlı səfərləri müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə, ölkələrimiz arasında siyasi etimadın güclənməsinə səbəb olub. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ötən il Azərbaycana səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunmasının Azərbaycan-Vyetnam əlaqələrini yeni səviyyəyə yüksəltdiyi bildirilib.
Vyetnamın Vitse-prezidenti Vo Ti An Suan Azərbaycana səfərlərini, o cümlədən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən Zirvə Görüşündə iştirak üçün oktyabrda Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşünü məmnunluqla xatırlayıb.
Görüşdə xalqlar arasında əlaqələrin, o cümlədən qeyri-hökumət səviyyəsində əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ötən il Vyetnama səfəri zamanı Hanoy Ticarət və Turizm Kollecinə, görmə qabiliyyəti məhdud uşaqlar üçün orta məktəbə göstərilən yardımın iki xalq arasında dostluğun bariz nümunəsi olduğu vurğulanıb.
Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya ənənəvi Vyetnam qəhvəsinin hazırlanma üsulu nümayiş olundu.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Qarakənd faciəsindən 35 il ötür













