Ülvi Mehdiyev: "ASAN xidmət" korrupsiyaya qarşı islahatdır
"ASAN xidmət", ilk növbədə, korrupsiyaya qarşı islahatdır.
"Report" xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "Baku TV"yə müsahibəsində deyib.
Onun sözlərinə görə, "ASAN xidmət" yaradılarkən buradakı əsas prinsiplər şəffaflıq, operativlik, əlçatanlılıq və bürokratiyasızlıq olub:
"Təbii ki, bütün bunların hamısı korrupsiyaya qarşı mübarizə siyasətinin əsas tərkib hissəsidir".
Ü.Mehdiyev bildirib ki, dövlət "ASAN xidmət" modelini yaratmaqla vətəndaşlara öz hüquqlarını həyata keçirmək üçün imkan yaratmış oldu:
"BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri içərisində bir neçə məqsəd var ki, Azərbaycanın "ASAN xidmət" modeli birbaşa buna xidmət edir. Şübhəsiz, bu da Azərbaycanın beynəlxalq reytinqinə müsbət töhfə verir. Eyni zamanda, "ASAN xidmət" rəqəmsal transformasiyanın əsas komponentidir. Çünki Azərbaycanda bu modelin qurulması ilə rəqəmsal transformasiyaya start verilmiş oldu".
Oxşar xəbərlər
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Ucuz avtomobillər satışa çıxarlır - QİYMƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı
-
İntensiv yağış yağacaq, sel keçəcək - Əhaliyə XƏBƏRDARLIQ
-
Nilüferin övladlığa götürdüyü 26 yaşlı qızı evləndi













