Azərbaycan və Çin arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Çin Xalq Azadlıq Ordusunun Hərbi Elmlər Akademiyasının (Academy of Military Sciences - AMS) Hərbi Araşdırmalar İnstitutunun elmi işçisi, baş polkovnik Li Şuyin ilə Milli Müdafiə Universiteti (MMU) rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər.
Bu barədə "Far.Az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşən Arif Həsənov iki ölkə arasında qurulan əlaqələrin hərbi təhsil sahəsində də uğurla inkişaf etdirildiyini bildirib.
Görüşdə qonaqlara MMU və onun tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin yaranma tarixi, təhsil sistemi, tədris prosesi, elektron qəbul qaydaları və digər mövzulara dair təqdimat nümayiş etdirilib, onları maraqlandıran suallar cavablandırılıb.
Səfər çərçivəsində qonaqlar MMU-nun Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində olublar. Onlara mərkəzin təyinatı, yaranma tarixi və vəzifələri barədə məlumatlar verilib.
Həmçinin tərəflər arasında müvafiq mövzularda geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
"Euronews Academy" çərçivəsində keçirilən "Rəqəmsal Jurnalistika" təlim proqramı yekunlaşıb
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













