AQTA Şəmkirdə 11 nəfərin zəhərləndiyi restoranın fəaliyyətini dayandırıb
Far.Az xəbər saytı

AQTA Şəmkirdə 11 nəfərin zəhərləndiyi restoranın fəaliyyətini dayandırıb


Şəmkirdə baş verən qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qazax-Tovuz regional bölməsi araşdırmalara başlayıb.

Bu barədə Far.Az-ə AQTA-dan məlumat verilib.

Bildirilib ki, AQTA-ya daxil olan məlumata əsasən, şəxslərə müvafiq tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş hesab edilərək evə buraxılıblar.

Araşdırmalar zamanı hadisənin Şəmkir rayonunun Kür qəsəbəsində fəaliyyət göstərən "Narın Qala" restoranında baş verdiyi müəyyən olunub. AQTA əməkdaşları tərəfindən restoranın fəaliyyəti müvəqqəti dayandırılıb, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

***10:20

Şəmkirdə ötən gün zəhərlənmə ehtimalı ilə 11 nəfər xəstəxanaya yerləşdirilib.

Far.Az xəbər verir ki, bu barədə TƏBİB sorğuya cavab olaraq məlumat yayıb.

Məlumata əsasən, zəhərlənmə şübhəsi ilə 9 qadın və 2 kişi Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb.

Pasiyentlərə ilkin tibbi yardım göstərilib, müayinələr aparılıb. Həkim nəzarətindən sonra onların vəziyyəti qənaətbəxş qiymətləndirilib və hər biri ambulator müalicə üçün evə buraxılıb.

***10:02

Şəmkir rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, 11 nəfər restoranlardan birində qida qəbul etdikdən sonra zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yeləşdirilib.

Bunlar Mədinə İsmayılova (1995), Sevil Cəlilova (1994), Gülbəniz Cəlilova (1973), Leyla Qurbanova (2007), Rüfət Qurbanov (1999), Türə Daşdəmirova (1999), Famil İsgəndərov (1994), Aysu Abbasova (2015), Rüxsarə İsgəndərova (1967), Fatimə İsgəndərova (1999) və onun həmyaşıdı Rasim Şirinovdur.

Həmin şəxslərin məclislərdən birində yedikləri salatdan zəhərləndikləri ehtimal olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxşar xəbərlər

Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Aqşin Fatehin restoranında saxta alkoqollu içkilər aşkarlandı
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
AQTA Şəmkirdə 11 nəfərin zəhərləndiyi restoranın fəaliyyətini dayandırıb - YENİLƏNİB-2
Bakıda avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər