Azərbaycanın paralimpiya çempionu "ustad dərsi" keçib
Far.Az xəbər saytı

Azərbaycanın paralimpiya çempionu "ustad dərsi" keçib


Azərbaycanın paralimpiya çempionu İmaməddin Xəlilov "ustad dərsi" keçib.

"Far.Az" xəbər verir ki, tədbir Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Azərbaycan Taekvondo Federasiyasının (ATF) dəstəyi ilə ATF-nin məşq zalında baş tutub.

Paralimpiya, dünya və Avropa çempionunun "istad dərsi"ndə 30-a yaxın uşaq və yeniyetmə parataekvondoçu iştirak edib. Millinin üzvlərinin və məşqçi heyətinin də qatıldığı tədbirdə parataekvondonun fəlsəfəsi, fundamental texnikalar, fəndlərin yerinə yetirilməsi də daxil olmaqla müxtəlif mövzular əhatə olunub.

Bu cür layihələrin həyata keçirilməsində əsas məqsəd gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə vermək, idmanla məşğul olan uşaqların, gənclərin sayını artırmaq və parataekvondonu təbliğ etməkdir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Azərbaycan Taekvondo Federasiyası dan imtahanı təşkil edib
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər