ISNA: Oman körfəzi sahillərində yanacaq daşıyan gəmi yanıb
Far.Az xəbər saytı

ISNA: Oman körfəzi sahillərində yanacaq daşıyan gəmi yanıb


Hörmüz boğazının yaxınlığında - Oman körfəzi sahillərində yanacaq daşıyan taxta gəmi (lənc) yanıb, bir nəfər xəsarət alıb.

"Far.Az" ISNA-ya istinadən xəbər verir ki, bu barədə Hörmüzqan vilayətinin Sirik Liman İdarəsi məlumat yayıb.

"Bu gün səhər Sirikin Ziyarət kəndi sahilindən 2 mil (3.22 km) məsafədə bir ləncdə yanğın baş verib", - məlumatda bildirilib.

İlkin məlumatlara görə, gəmi yanacaq daşıyırdı: "Üzən vasitə tərəfindən heç bir xilasetmə yardımı müraciəti barədə məlumat verilməyib. Bu hadisə nəticəsində bir nəfər xəsarət alıb".

Oxşar xəbərlər

"Liman Estate" - Bakıda yeni yaşam standartı
Həştərxan vilayətinin vitse-qubernatoru Fəxri xiyabanı ziyarət edib
Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər