Xəstəxanalarda həkim qəbuluna özbaşına limit tətbiq edilirmiş?
Far.Az xəbər saytı

Xəstəxanalarda həkim qəbuluna özbaşına limit tətbiq edilirmiş?


"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeli tibb müəssisələrində həkimlərə xəstə qəbulu ilə bağlı limit qoyulmayıb".

Far.Az Bizim.media-ya istinadən xəbər verir ki, TƏBİB-in icraçı direktor vəzifəsini müvəqqəti icra edən, icraçı direktorun müavini Bahadur Rzayev məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, tibb müəssisələrində onlayn növbə tətbiq edilir və növbənin başlamasına 20 dəqiqə qalmış vətəndaş xəstəxanaya yaxınlaşıb, növbəsini aktivləşdirib qəbulda olmalıdır.

"TƏBİB tabeli tibb müəssisələrində həkimlərə xəstə qəbulu ilə bağlı limit qoyulmayıb. Bununla bağlı şikayətlər varsa, hansısa müəssisədə belə bir hal yaşanıbsa, TƏBİB-ə məlumat verilsə, araşdırıla bilər. Həkimlərin iş vaxtı var, amma iş saatı daxilində xəstə qəbulu ilə bağlı hər hansı bir limit yoxdur".

Xəstəxanalarda həkim qəbuluna özbaşına limit tətbiq edilirmiş?

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Masallı Rayon Mərkəzi Xəstəxanasında elektron növbə sistemi istifadəyə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər