"Azərenerji"nin xalis mənfəəti 26 %-dən çox azalıb
"Azərenerji" ASC 2025-ci ili 128,245 milyon manat xalis mənfəətlə başa vurub.
"Far.Az" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 26,2 % azdır.
Bununla belə, qurumun yığılmış zərəri 6 % azalaraq 1 milyard 710,859 milyon manata düşüb.
Ötən il "Azərenerji"nin elektrik enerjisi satışından gəlirləri 1 milyard 564,204 milyon manat (əvvəlki ilə nisbətən 7,8 % çox), elektrik şəbəkəsinə qoşulma xidmətindən gəlirləri 0,483 milyon manat (2,5 dəfə az), digər gəlirləri isə 64,104 milyon manat (4,1 dəfə çox) olub.
2025-ci ildə qurumun yanacaq xərcləri 679,894 milyon manat (2024-cü illə müqayisədə 0,9 % az), köhnəlmə-amortizasiya xərcləri 330,480 milyon manat (12,9 % çox), işçi heyəti ilə bağlı xərcləri 136,736 milyon manat (8,3 % çox), təmir-texniki xidmət xərcləri 85,420 milyon manat (27,8 % çox), alınmış elektrik enerjisi xərcləri 46,007 milyon manat (26,3 % çox), mənfəət vergisindən başqa digər vergilər 27,583 milyo manat (4,9 % çox), xammal və material ehtiyatları xərcləri 11,991 milyon manat (22,4 % az), ticarət və digər debitor borcların dəyərsizləşməsi ehtiyatında dəyişiklikdən gəliri 324 min manat (26,7 dəfə az), digər xərcləri 52,404 milyon manat (47,9 % çox) təşkil edib.
Həmçinin, ötən il "Azərenerji"nin maliyyə xərcləri 21,723 milyon manat (0,6 % az), xarici valyuta mübadiləsindən gəliri 44,296 milyon manat (2,9 dəfə az), xarici valyuta mübadiləsindən zərərləri 98,265 milyon manat (45,2 % çox), əmlak, tikili, avadanlıq və əmlak, tikili və avadanlıq alınması üçün verilən avans üzrə dəyərsizləşmədən gəlirləri 4,483 milyon manat (154,6 dəfə çox), mənfəət vergisi ödəmələri 59,146 milyon manat (1,1 % çox) olub.
Bu il yanvarın 1-nə "Azərenerji"nin aktivləri 6 milyard 431,244 milyon manat olub ki, bu da illik müqayisədə 8,8 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 9,8 % artaraq 3 milyard 98,371 milyon manata, balans kapitalı isə 7,8 % artaraq 3 milyard 332,873 milyon manata çatıb.
Xatırladaq ki, "Azərenerji" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 760,495 milyon manatdır. 100% dövlətə məxsus qurum ölkənin əsas enerji istehsalçısı və ixracatçısıdır.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib
-
SOCAR istehsalatda süni intellekt texnologiyalarının tətbiqini genişləndirəcək - EKSKLÜZİV
-
Gündüz İsmayılov: "Əsas məqsədimiz dini məsələlərin rəqəmsal mediada, mətbuatda müzakirəsinin aparılmasıdır"
-
Quzu əti niyə fərqli qiymətlərə satılır
-
Tərtərdə ağır qəza: Sıxılı vəziyyətdə qalan iki nəfərin meyiti çıxarıldı
-
Messi: "Bu komandanın etdikləri inanılmazdır - artıq beşinci finalımızdır"













