Azərbaycanın COP31-də "Dialoq Dəhlizi" mövzusuna həsr olunmuş pavilyonu açılıb
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Azərbaycanın "Dialoq Dəhlizi" mövzusuna həsr olunmuş Pavilyonunun açılışı olub.
"Far.Az"un Türkiyə bürosu xəbər verir ki, Heydər Əliyev Mərkəzi ilə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ərsəyə gələn pavilyon Bakıdakı COP29-da "Həmrəylik Evi" və Belendəki COP30-da "İrs Zalı" ənənəsini davam etdirərək beynəlxalq əməkdaşlıq və dialoq üçün platforma rolu oynayır.
Ümumi sahəsi 244 kvadratmetr olan pavilyon Azərbaycanı həm fiziki "yaşıl enerji" infrastrukturu, həm də qlobal dialoq qovşağı kimi təqdim edir. Ekspozisiyada Mərkəzi Asiyanın bərpa olunan enerji resurslarını Avropanın enerji tələbatı ilə birləşdirən dörd "yaşıl enerji" dəhlizi projesi – Xəzər regionunu Qara dəniz vasitəsilə Avropaya bağlayan sualtı kabel, Mərkəzi Asiya marşrutu, eləcə də Türkiyə, Gürcüstan və Bolqarıstandan keçən xətlər nümayiş etdirilir.
Eyni zamanda, Yaşıl Enerji Zonası elan olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa olunan enerji layihələri, ölkənin ilk şəbəkə miqyaslı batareya saxlanma sistemi, Xəzər dənizinin biomüxtəlifliyi və nəsli kəsilməkdə olan Xəzər suitisinin mühafizəsi üzrə birgə təşəbbüslər pavilyonda geniş yer alır.
Qeyd edək ki, Xəzər suitisi bu il ilk dəfə pavilyonun rəsmi maskotu kimi təqdim olunub.
İki həftə davam edəcək konfrans çərçivəsində Pavilyonda 40-dan çox tədbir, dialoq və ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulur. Proqrama Masdar, ACWA Power, BP, Dünya Bankı, Asiya İnkişaf Bankı, AIIB, EBRD, UNEP, Yaşıl İqlim Fondu və FAO kimi tərəfdaşlarla yanaşı, İDEA da daxil olmaqla qeyri-hökumət təşkilatları fəal töhfə verəcək.
Tədbirlərdə Qazaxıstan və Özbəkistanla "yaşıl enerji" tərəfdaşlığı, təmiz hidrogen, enerji keçidi, Xəzər dənizində su əməkdaşlığı və özəl sektorun maliyyələşdirilməsi məsələləri müzakirə olunacaq.
Türkiyənin ev sahibliyi, Avstraliyanın isə danışıqlara rəhbərliyi ilə keçirilən və 200-dən çox ölkənin nümayəndə heyətini bir araya gətirən COP31 noyabrın 9-dan 20-dək davam edəcək.
Oxşar xəbərlər
Bakıda Zəfər muzeyinin açılışı olub
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













