Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onlar sevgili olublar. Təxminən 6 ay sevgi münasibətində olan cütlük evlənmək qərarı versə də, bir yerdə yaşamaları mümkün olmayıb.
Bir neçə gün öncə xanım Fəridi evinə çağırıb və ondan maddi çətinliyi olduğu üçün pul istəyib. Fərid sevgilisinə 20 manat verib. Bundan sonra onların arasında mübahisə yaranıb və xanım iş tapacağını bildirib. Fərid onun işləməsinə etiraz edib və buna icazə verməyib. Qadın isə dolana bilmədiyi üçün işləməyə qərar verdiyini deyib. Nəticədə Fərid sevgilisini döyüb, ona bədən xəsarətləri yetirib.
Hadisə yerinə polis əməkdaşları gəlib, Fərid saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə prosesində tərəflər arasında barışıq elan olunduğundan, cinayət işinə xitam verilib.0
Oxşar xəbərlər
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













