"Alhurra": İraqda korrupsiyaya ilə mübarizə böhrana səbəb olub
İraqın Baş naziri Əli əz-Zeydinin təşəbbüsü ilə başladılmış antikorrupsiya kampaniyası ölkədə böhrana səbəb olub.
"Far.Az" xəbər verir ki, bu barədə ərəbdilli "Alhurra" telekanalı məlumat yayıb.
Məlumata görə, təhqiqatlar silsilə həbslərə səbəb olub, həmçinin təkcə baş nazirin özü üçün deyil, həm də siyasi elitalar üçün potensial tələ yaradıb.
Belə ki, sabiq neft nazirinin müavini Adnan əl-Cümeyli ilə bağlı işin istintaqı zamanı artıq 27-yə yaxın şəxs saxlanılıb və 250 milyon dollardan çox vəsait müsadirə edilib. İşə aidiyyəti olan daha 40 nəfər isə azadlıqdadır.
Yüksəkvəzifəli şəxslərin kütləvi həbslərinin, daha sonra isə böyük həcmdə pul vəsaitlərinin müsadirə edilməsinin Koordinasiya Şurasında daxili parçalanmaya səbəb olacağı güman edilir. Bu isə, öz növbəsində, parlamentin işinin dayanmasına gətirib çıxaracaq.
Telekanalın mənbələri qeyd ediblər ki, hakim bloklar artıq kompromat sənədlərindən silah kimi istifadəyə və onları bir-birinə qarşı tətbiq etməyə başlayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlin ən uğurlu ayı başlayır - Bu 3 BÜRC varlanacaq
-
Konqoda ebola virusundan ölənlərin sayı 860-ı keçib
-
Cenk Sümer: "Neftçi"nin hədəfi çempion olmaqdır"
-
Hindistanda fişəng fabrikində baş verən partlayışda səkkiz nəfər həlak olub
-
Mbappe dünya çempionatları tarixinin bombardirlər siyahısında liderliyə yüksəlib
-
Rusiyada "Mi-2" helikopteri qəzaya uğrayıb, pilot həlak olub













