Ukraynanın Belqoroda PUA hücumları: Ölənlər və yaralananlar var
Far.Az xəbər saytı

Ukraynanın Belqoroda PUA hücumları: Ölənlər və yaralananlar var


Rusiyanın Belqorod vilayəti son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin intensiv pilotsuz uçuş aparatı (PUA) hücumlarına məruz qalıb.

Far.Az xəbər verir ki, vilayət rəhbərinin səlahiyyətlərini icra edən Aleksandr Şuvayevin verdiyi məlumata görə, hücumlar nəticəsində iki nəfər həyatını itirib, doqquz nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralananlar arasında bir uşağın da olduğu bildirilib.

Rəsmi məlumata əsasən, son 24 saat ərzində vilayət ərazisinə ümumilikdə 96 hücum qeydə alınıb. Zərbələr əsasən Belqorod və Qrayvoron dairələrində insan tələfatına səbəb olub, Şebekino və Belqorod dairələrində isə yaralananların olduğu qeyd edilib.

Şuvayev bildirib ki, hücumlar təkcə Belqorod şəhərini deyil, eyni zamanda Borisovka, Valuyki, Volokonovka, Qrayvoron, İvnya, Krasnaya Yaruga, Rakitnoye, Şebekino və Yakovlevka rayonlarını da əhatə edib.

Hücumların nəticəsində yaşayış məntəqələri və infrastruktur obyektlərinə dəyən ziyanın həcmi ilə bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət
Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət ediblər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər