Kürdəmirdə iki yük maşını toqquşub, yüklər yola dağılıb
Far.Az xəbər saytı

Kürdəmirdə iki yük maşını toqquşub, yüklər yola dağılıb


Kürdəmir rayonu ərazisində iki yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, qəza Bakı–Qazax magistral avtomobil yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşı İsmət Kartalın idarə etdiyi "Mercedes" markalı yük avtomobili qarşıda hərəkətdə olan, Yevlax rayon sakini Pərvin Abdullayevin idarə etdiyi eyni markalı yük maşınına çırpılıb.

Toqquşma nəticəsində yük avtomobillərindən biri aşıb, nəqliyyat vasitəsindəki yüklər yola dağılıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakı-Qazax yolunun Yevlaxdan keçən hissəsində tikinti və yenidənqurma işləri yekunlaşıb
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər