Rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Far.Az xəbər saytı

Rayonlarda leysan yağır - FAKTİKİ HAVA


Azərbaycan ərazisinin əksər rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur, arabir şimşək çaxır. Yağıntılar ayrı-ayrı yerlərdə intensiv leysan xarakterlidir.

"Far.Az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 20-si saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, düşən yağıntının miqdarı Şəkidə 38 (aylıq normanın 63 %-i), Mingəçevirdə 34 (aylıq normanın 171 %-i), Zaqatalada 24 (aylıq normanın 31 %-i), Goranboyda 18 (aylıq normanın 77 %-i), Qrız, Qubada 13 (aylıq normanın 44 %-i), Qusarda 12 (aylıq normanın 40 %-i), Qəbələdə 10, Ağstafa, Gədəbəydə 7, Xaçmaz, Gəncə, Qaxda (Sarıbaş) 6, Oğuzda 5, Xaltanda 4, Daşkəsəndə 3, Tovuz, Şabran, Göygöl, Yevlaxda 2, Naftalan, Şəmkir, Balakən, Şamaxı, Xızı, Bərdə, Kürdəmir, Şahbuz, Laçın, Qubadlı, Şuşa, Xankəndidə 1 mm-dir.

İyulun 19-da Kəlbəcər rayonunun İstisu qəsəbəsinə saat 21:03-21:07 radələrində diametri 8-12 mm olan dolu düşüb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevirdə 21, Neftçala, Zaqatala, Şəkidə 20 m/s-yə çatır.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb
Bakının 6 rayonunda və Sumqayıt şəhəri, Abşeron, Hacıqabul, Xızı, Şabran, Xaçmaz rayonlarında suçəkmə işləri aparılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər