İkiqat "Qızıl top" mükafatçısı Kevin Kiqan vəfat edib
Far.Az xəbər saytı

İkiqat "Qızıl top" mükafatçısı Kevin Kiqan vəfat edib


İngiltərə millisinin sabiq futbolçusu, ikiqat "Qızıl top" mükafatçısı Kevin Kiqan vəfat edib.

"Far.Az" xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.

Bildirilib ki, Kiqan 76 yaşında dünyasını dəyişib. O, iyunun 1-də "BBC Sport" telekanalına açıqlamasında dördüncü mərhələ xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlamışdı.

Keçmiş futbolçu və məşqçi ömrünün son anlarını həyat yoldaşı və qızlarının əhatəsində keçirib.

Kevin Kiqan futbolçu karyerası ərzində İngiltərənin "Liverpul", "Nyukasl" və "Sauthempton", Almaniyanın "Hamburq", eləcə də Avstraliyanın "Blektaun Siti" klublarında çıxış edib. O, "Liverpul"un heyətində üç dəfə İngiltərə çempionu, iki dəfə İngiltərə Superkuboku və UEFA Kubokunun qalibi olub, həmçinin İngiltərə Kuboku və Avropa Çempionlar Kubokunu qazanıb. "Hamburq"un heyətində isə Almaniya çempionluğu və ölkə kubokunu əldə edib.

Kiqan 1978 və 1979-cu illərdə "Qızıl top" mükafatına layiq görülüb və bu mükafatı iki dəfə qazanan yeganə ingilis futbolçu kimi tarixə düşüb. O, 2002-ci ildə İngiltərə Futbol Şöhrət Zalına qəbul edilib.

Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayan Kiqan "Nyukasl", "Fulhem" və "Mançester Siti" klublarını, həmçinin İngiltərə milli komandasını çalışdırıb.

Oxşar xəbərlər

"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa 86 yaşında vəfat etdi
Qusarda "Media Kuboku-2026" minifutbol turnirinin qalibi müəyyənləşdi
UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub - YENİLƏNİB-9
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər